Tbilisidə Azərbaycan və Türkmənistan xalçaları sərgilənir
- 23-05-2025, 18:30
- Mədəniyyət / Mədəniyyət siyasəti
- 0
- 1 663
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycan və Türkmənistan xalçalarına həsr olunmuş sərgi təşkil edilib.
"Report"un yerli bürosunun məlumatına görə, sərgidə hər iki xalqın qədim xalçaçılıq ənənələri, ornamentləri və bu sənətin mədəni irsdəki rolu nümayiş olunur.
Burada Azərbaycan xalçaçılıq sənətinə aid qədim xalça nümunələri, həmçinin türkmən milli geyimləri ilə yanaşı, qədim türkmən xalçaları da nümayiş etdirilir. Bu eksponatlar həm Orta Asiya, həm də Cənubi Qafqaz bölgəsinin zəngin mədəni irsini əks etdirir və ziyarətçilərə xalqlar arasında tarixi-mədəni əlaqələri yaxından tanımaq imkanı yaradır.
Sərgi çərçivəsində interaktiv təqdimatlar, sənətşünaslarla görüşlər və xalçatoxuma texnikası haqqında təqdimatlar da həyata keçirilir.
Qeyd edək ki, mayın sonunda Türkmənistanda, 5 mayda isə Azərbaycanda qeyd olunan Xalçaçı Günü münasibətilə təşkil edilən sərgi xalça sənətinin zəngin ənənələrini və onun müasir dövrdə yaşadılmasını nümayiş etdirir. Sərgi Azərbaycan və Türkmənistan arasında mədəni əməkdaşlığın, xalqlararası dostluğun daha da gücləndirilməsinə xidmət edir. Sərgi Azərbaycan və Türkmənistan xalçalarının zəngin ornamentlərini, simvollarını, toxuculuq ənənələrini bir araya gətirərək ziyarətçiləri bu xalqların qədim və bədii dünyasına səyahətə dəvət edir.
Bir həftə davam edəcək sərginin təşkilatçıları Azərbaycan və Türkmənistanın Gürcüstandakı Səfirlikləri və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyidir.


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />