“Azpetrol” Əsgəranda modul tipli YDM istifadəyə verib
sizinxeber.az xəbər saytı

“Azpetrol” Əsgəranda modul tipli YDM istifadəyə verib


Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, strateji inkişaf planına uyğun olaraq, Xocalı rayonun Əsgəran qəsəbəsində 30 iyul tarixində, sayca 105-cü modul tipli yanacaqdoldurma məntəqəsini istifadəyə verib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, yeni yanacaqdoldurma məntəqəsində Aİ-92, Aİ-95 və dizel yanacaq növlərinin satışı həyata keçiriləcək.

Xatırladaq ki, “Azpetrol” şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Hazırda Şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 104 yanacaqdoldurma məntəqəsi (YDM), 1 maye qazdoldurma məntəqəsi (QDM ), 4 CNG tipli (CNG) qazdoldurma postu (Sıxılmış təbii qaz), 4 LPG postu (Propan-Butan), 1 STQ tipli (CNG) terminalı və 20 elektromobillərin enerji ilə doldurulma postu fəaliyyət göstərir.

Oxşar xəbərlər

“Azpetrol” 102-ci Modul tipli yanacaqdoldurma məntəqəsini Xankəndidə istifadəyə verdi
Azpetrol şirkəti  Xocalı rayonun Əsgəran qəsəbəsində Modul tipli YDM istifadəyə verdi
Aydın Kərimov: “SOCAR Petroleum” Şuşada daimi əsaslı YDM-nin tikintisinə başlayıb”
Xırdalan və Masazırın bəzi hissəsində qaz olmayacaq
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər