Astanada Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub
sizinxeber.az xəbər saytı

Astanada Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub


Qazaxıstanın paytaxtı Astanada 28 May - ölkəmizin Müstəqillik Günü münasibətilə Azərbaycan səfirliyinin təşkilatçılığı ilə diplomatik qəbul təşkil olunub.

“Report”un Qazaxıstan bürosunun məlumatına görə, qəbulda Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev, Qazaxıstan parlamentinin deputatları, mədəniyyət xadimləri, Qazaxıstanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə səfir Ağalar Atamoğlanov salamlama nitqi söyləyib:

"Bu tarixi hadisə (Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümü - red.) ölkənin müasir dövlətçiliyinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası AXC-nin varisidir".

A.Atamoglanov xatırladıb ki, Qazaxıstan və Azərbaycan strateji tərəfdaş və müttəfiqdir.

"Bu il mayın 24-də biz strateji tərəfdaşlıq və müttəfiqlik müqaviləsinin imzalanmasının 20-ci ildönümünü qeyd etdik. Belə bir razılaşma regionda ilk dəfədir ki, əldə olunub", - səfir qeyd edib.

Onun sözlərinə görə, mühüm birgə layihələrdən biri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur: “Azərbaycan və Qazaxıstan bu marşrutun ən sürətli və təhlükəsiz olması üçün səy göstərir”.

Səfir onu da bildirib ki, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Qarabağ hər gün dəyişir.

"Son dörd ildə ölkə hakimiyyəti bərpa və quruculuq işlərinə milyardlarla dollar sərmayə qoyub. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra Qarabağ yaşıl enerji istehsalı mərkəzinə çevrilir".

Oxşar xəbərlər

Astanada keçirilən Qazaxıstan Xalqları Assambleyasının XXXIV sessiyasının plenar iclası başa çatıb
Elnur Məmmədov: Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik xarakterlidir
Tokayev Qazaxıstan Xalqlar Assambleyasının sessiyasını açıb
Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə təntənəli tədbirlər keçiriləcək
Səfir: Qazaxıstanla əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər