“Azpetrol” 102-ci Modul tipli yanacaqdoldurma məntəqəsini Xankəndidə istifadəyə verdi » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
dek
2023
10:00

“Azpetrol” 102-ci Modul tipli yanacaqdoldurma məntəqəsini Xankəndidə istifadəyə verdi

20 dek, 2023
10:00
968

“Azpetrol” 102-ci Modul tipli yanacaqdoldurma məntəqəsini Xankəndidə istifadəyə verdi

Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, strateji inkişaf planına uyğun olaraq, sayca 102-ci modul tipli yanacaqdoldurma məntəqəsini (YDM) Xankəndi şəhərində istifadəyə verdi. Yeni məntəqədə Aİ-92, Aİ-95 və Dizel yanacaq növlərinin satışı həyata keçiriləcək.

Xatırladaq ki, “Azpetrol”un ilk YDM-i - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Hazırda Şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 102 YDM-i, 1 maye qazdoldurma məntəqəsi (QDM ), 4 STQ tipli (CNG) qazdoldurma postu (Sıxılmış təbii qaz), 4 LPG postu (Propan-Butan), 1 STQ tipli (CNG) terminalı və 20 elektromobillərin enerji ilə doldurulma postu fəaliyyət göstərir.

"Azpetrol" – Daim inkişafa doğru!

Bizimlə əlaqə saxlayın