Misir Senatının sədri Zəfər parkını ziyarət edib
sizinxeber.az xəbər saytı

Misir Senatının sədri Zəfər parkını ziyarət edib


Azərbaycanda rəsmi səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq mayın 26-da Bakıdakı Zəfər parkını ziyarət edib.

APA xəbər verir ki, qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Senatın sədri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə parkın açılışı olub.

Oxşar xəbərlər

Aleksandr Turçin Zəfər parkını ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Somali Prezidenti Bakıda Zəfər parkını ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qvineya-Bisau Prezidenti Bakıda Zəfər parkını ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstanın Baş naziri Bakıda Zəfər parkını ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanın Baş naziri Zəfər parkını ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər