Azərbaycanda parlament seçkiləri ilə əlaqədar təşviqat başa çatıb, ölkədə “sükut günü”dür
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatıb.
Sizinxeber.az-nın xəbərinə görə, Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4 və 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat avqustun 9-da başlanıb, avqustun 31-i saat 08:00-da dayandırılıb.
Qeyd edək ki, bu gün qeyri-rəsmi olaraq “sükut günü” də adlandırılır.
Əlavə edək ki, 125 deputat yeri uğrunda 990 namizəd mübarizə aparacaq.
Oxşar xəbərlər
Parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabahdan parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Milli Məclisə seçkilərlə əlaqədar “sükut günü”dür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu şənbə Azərbaycanda “sükut günü”dür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Seçkiqabağı təşviqat prosesi başa çatır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












