Zəkiyyə Mustafayeva: Hər il 125 min uşaq təhlükəli və çirklənmiş qidadan həyatını itirir
Hər il dünyada təxminən 420 min insan təhlükəli və ya çirklənmiş qidanın istehlakı səbəbindən həyatını itirir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva “Ümumdünya Qida Təhlükəsizliyi Günü: Elm fəaliyyətdədir” mövzusunda keçirilən konfransda məlumat verib.
Onun sözlərinə görə, hər il təxminən 600 milyon insan qida mənşəli xəstəliklərə yoluxur:
"Bu təhlükədən daha çox əziyyət çəkənlər beş yaşdan kiçik uşaqlardır. Onlar qida mənşəli xəstəliklərdən əziyyət çəkənlərin 40 faizini təşkil edir. Hər il təxminən 125 min uşaq bu səbəbdən dünyasını dəyişir".
Sədr müavini vurğuıayıb ki, bu faciəvi statistikadır:
"Bu, onu göstərir ki, təhlükəli və çirklənmiş qida təkcə insan sağlamlığı üçün yox, həm də iqtisadi rifah üçün təhlükə yaradır".
Oxşar xəbərlər
Sudanda təxminən 3,2 milyon uşaq qida çatışmazlığından əziyyət çəkəcək
AQTA sədrinin müavini: Biomüxtəlifliyin qorunması ilə birbaşa əlaqəli olan vahid konsepsiya hazırlanmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Rəqəmsal inkişaf dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir: Yeni mərhələnin hədəfləri nədir? - TƏHLİL
-
BMT süni intellektin fəlakətli nəticələri barədə xəbərdarlıq edib
