Səhiyyə Nazirliyi Qurban Bayramı ilə əlaqədar əhaliyə müraciət edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
in
2025
17:00
0
0
4 745

Səhiyyə Nazirliyi Qurban Bayramı ilə əlaqədar əhaliyə müraciət edib

03 in, 2025
17:00
4 745

Səhiyyə Nazirliyi Qurban Bayramı ilə əlaqədar əhaliyə müraciət edib

Havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə qarşıdan gələn Qurban bayramı və istirahət günlərində, xüsusilə risk qrupuna daxil olan şəxslərə aşağıdakı tövsiyələri verir:

  • Kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə edin;
  • Əl gigiyenasına ciddi riayət edin;
  • Gündəlik qidalanmada vitaminlərlə zəngin ərzaqlara üstünlük verin;
  • Geyim seçimində mövsümü deyil, hava şəraitini nəzərə alın.

Səhiyyə Nazirliyi hər bir vətəndaşı sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmağa, həmçinin özünü və ətrafındakıları xəstəliklərdən qorumağa çağırır.

Bizimlə əlaqə saxlayın