Nazirlik bayram günlərində infeksiyalardan qorunmaq üçün əhaliyə müraciət edib
sizinxeber.az xəbər saytı

Nazirlik bayram günlərində infeksiyalardan qorunmaq üçün əhaliyə müraciət edib


Səhiyyə Nazirliyi bayram və istirahət günlərində infeksiyalardan qorunmaq üçün əhaliyə müraciət edib.

"Report"un məlumatına görə, nazirliyin yaydığı müraciətdə bildirilib ki, qış mövsümü və havaların qeyri-stabil keçməsi ilə əlaqədar bütün respirator xəstəliklər, həmçinin mövsümi qrip hallarının artması daha çox müşahidə edilir.

Qeyd olunub ki, hər hansı səbəbdən profilaktik peyvəndlərdən kənarda qalan uşaqlar və yanaşı xəstəlikləri olan risk qrupuna aid şəxslər mövsümi respirator xəstəliklərə görə yüksək həssaslığa malik əhali qrupları hesab olunur.

Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində, xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, həmçinin əl gigiyenasına riayət etməyi tövsiyə edir.

Məlumatda həmçinin gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsi məqsədəuyğun hesab edilib:

"Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır".

Oxşar xəbərlər

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib
Səhiyyə Nazirliyi əhalini qrip əleyhinə vaksinasiyaya çağırıb
Azərbaycana qrip əleyhinə peyvənd gətirilib, vaksinasiyaya başlanılır
Andiçmə mərasiminə valideynlər buraxılmayacaq - Rəsmi
Səhiyyə Nazirliyi qızılca xəstəliyi ilə bağlı vətəndaşlara müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle