Naxçıvanda dializ xəstələri üçün dərmanlar təhvil verilib
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən xroniki böyrək çatışmazlığı olan və hemodializ müalicəsinə ehtiyacı olan vətəndaşların dərman təminatının davamlılığı daim diqqətdə saxlanılır.
Nazirlikdən "Report"un yerli bürosuna verilən məlumata görə, bu istiqamətdə görülən tədbirlər çərçivəsində dializ xəstələrinin müalicəsində istifadə olunan dərman preparatları bu gün təhvil alınaraq müvafiq səhiyyə müəssisələrinə paylanmağa başlanılıb.
Təmin olunan dərman preparatları ehtiyac olan bölmələrə yönləndiriləcək və müalicə prosesinin fasiləsiz davam etməsinə şərait yaradacaq.
Qeyd edək ki, hazırda hemodializ müalicəsi muxtar respublikanın müxtəlif səhiyyə müəssisələrində həyata keçirilir. Bu xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılmış yeni Hemodializ Mərkəzində zəruri texniki avadanlıqlar – dializ aparatları, su təmizləmə sistemləri və digər müasir tibbi infrastruktur tam şəkildə təmin edilib və yaxın zamanda fəaliyyətə başlayacaq.
Oxşar xəbərlər
Naxçıvanda ASM-lər üzərindən imtiyazlı dərman paylanışına başlanılıb
Nazirlik: İxtioz və bullyoz epidermolizun müalicəsində istifadə olunan dərmanların molekulyar tərkibi dəyişməyib
Naxçıvanda Hemodializ Mərkəzi yaradılıb
Naxçıvanda bir sıra tibb mərkəzləri “Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinə təhvil verilib
TƏBİB bu il 80 ədəd təcili tibbi yardım avtomobili alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













