Azərbaycana gətirilən ərik dənəsi və banan məhsulunda uyğunsuzluq aşkarlanıb
Azərbaycana gətirilən ərik dənəsi və banan məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
AQTA əməkdaşları "Aferol Qida" MMC-nin Ekvadordan idxal etdiyi 24 ton banan məhsuluna baxış keçirən zaman aşkar korlanma (çürümə) halı aşkarlanıb.
"Yedcon 2024" MMC-nin İrandan idxal etdiyi “Bazargani Mobin Artın Nikan” şirkətinin istehsalı olan 320 kq ərik dənəsindən götürülmüş nümunələrin müayinəsi nəticəsində isə “Aflatoksin B1”in miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktla bağlı istehlaka yararsız məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilərək, məhsul partiyaları məhv edilib.
Oxşar xəbərlər
İtaliyadan Azərbaycana gətirilən 15 mindən çox bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb
Azərbaycana gətirilən hind quşu məhsulunda bakteriya aşkarlanıb
İrandan Azərbaycana gətirilən 47 tondan çox kartof yararsız çıxıb
Türkiyədən gətirilən bioloji aktiv qida məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
