sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İrandan Azərbaycana gətirilən 47 tondan çox kartof yararsız çıxıb
İdxal olunan ərzaqlıq kartofda uyğunsuzluq aşkarlanıb.
Bu barədə "Report"a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində “Corn.İs” MMC-nin İrandan idxal etdiyi 47 400 kq ərzaqlıq kartof məhsulu partiyasından Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində karantin tətbiq edilən Kartof gövdə nematodu müəyyən olunub.
Faktla bağlı müvafiq qərar qəbul edilərək istehlaka yararsız məhsul partiyası məhv edilib.
Oxşar xəbərlər
İtaliyadan Azərbaycana gətirilən 15 mindən çox bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb
İdxal olunan baytarlıq preparatının tələblərə cavab vermədiyi aşkarlanıb
Türkmənistandan gətirilən pomidorda virus aşkarlanıb, məhsul partiyası məhv edilib
Azərbaycana gətirilən hind quşu məhsulunda bakteriya aşkarlanıb
İrandan gətirilən 20 min kq-dan çox uyğunsuz qida məhsulu məhv edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














