
Astanada TDT ölkələrinin səhiyyə nazirləri tibb və əczaçılıq sahəsində əməkdaşlığı müzakirə edirlər

Astanada TDT ölkələrinin səhiyyə nazirləri tibb və əczaçılıq sahəsində əməkdaşlığı müzakirə edirlər
Astanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin V yubiley görüşü keçirilir.
“Sizinxeber.az”un Qazaxıstan bürosunun məlumatına görə, tədbirdə Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova, Azərbaycanın səhiyyə naziri Teymur Musayev, Qırğızıstanın səhiyyə naziri Erkin Çeçeybayev, Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu, Özbəkistanın səhiyyə naziri Asilbek Xudayarov, həmçinin TDT-nin baş katibi Kubanıçbek Ömuraliyev iştirak edirlər.
Müzakirə gündəliyində TDT ölkələrində səhiyyə sisteminin inkişafı, tibb və əczaçılıq sənayesi sahəsində tərəfdaşlığın inkişaf imkanları, beynəlxalq təşkilatların TDT səhiyyəsində rolu, 2025-2026-cı illər üçün Tədbirlər Planının təsdiqlənməsi məsələləri var. Bu Plana əsasən xüsusilə səhiyyə sahəsində texnologiyaların işlənməsi və transferi, kadr potensialının gücləndirilməsi və s. məsələlərdə əməkdaşlıq istiqamətləri müəyyən ediləcək.
MƏLUMAT YENİLƏNİR