Alimlər: Sosial şəbəkələr tənhalığı artırır
Baylor Universitetində çalışan amerikalı alimlər paradoksal nəticəyə gəliblər: insanlar sosial şəbəkələrdə nə qədər çox vaxt keçirirlərsə, özlərini o qədər tənha hiss edirlər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə araşdırma “Personity and Social Psychology Bulletin” (PSPB) elmi jurnalında dərc olunub.
Alimlər qrupu rəqəmsal vərdişlərin rifah halına necə təsir etdiyini başa düşmək üçün doqquz il ərzində 7 000-ə yaxın niderlandlının məlumatlarını təhlil ediblər.
Nəticələrdən məlum olub ki, sosial şəbəkələrdən həm aktiv, həm də passiv şəkildə istifadə tənhalığı artırır.
Mütəxəssislərin fikrincə, onlayn qarşılıqlı əlaqə sosial ehtiyacları ödəmək üçün zəruri olan üz-üzə ünsiyyəti əvəz edə bilməz.
Tədqiqat psixi sağlamlıq üçün üz-üzə qarşılıqlı əlaqənin əhəmiyyətini və rəqəmsal vərdişlərin təsirinin daha çox öyrənilməsinin zəruriliyini vurğulayır.
Oxşar xəbərlər
Alimlər qəhvənin bağırsağın bakterial tərkibinə necə təsir etdiyini müəyyən ediblər
Alimlər: Qarışqalar insanlardan milyon illərlə əvvəl əkinçiliklə məşğul olublar
Xoşbəxt həyat üçün əsas amillər
Valideynlərlə yatmaq körpələrin psixoloji inkişafına müsbət təsir edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Rəqəmsal inkişaf dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir: Yeni mərhələnin hədəfləri nədir? - TƏHLİL
-
BMT süni intellektin fəlakətli nəticələri barədə xəbərdarlıq edib
