TƏBİB regionlarda həkim çatışmazlığı ilə bağlı layihə hazırlayıb
sizinxeber.az xəbər saytı

TƏBİB regionlarda həkim çatışmazlığı ilə bağlı layihə hazırlayıb


Regionlarda həkim çatışmazlığı ilə bağlı layihə hazırlanıb.

"Sizinxeber.az" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Qərb bölgəsində pilot layihənin icrasına başlanılacaq:

"Burada cərrahi xidmətlərin daha da təkmilləşdirilməsi ilə bağlı gələn ilin yanvar ayından yeni layihə reallaşdırılacaq".

Direktor qeyd edib ki, sözügedən layihə ilə bağlı regionlardakı icra hakimiyyətləri ilə danışıqlar aparılıb:

"Həmin bölgəyə cəlb olunan həkimlərin və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı ciddi addımlar atılacaq. Məqsəd odur ki, regionda yaşayan vətəndaşımız tibbi xidməti yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində əldə etsin. Çox güman ki, gələn ilin ilk 6 ayında müsbət nəticələr əldə edəcəyik".

Oxşar xəbərlər

TƏBİB: Regionlarda ciddi həkim çatışmazlığı var
TƏBİB: COP29 çərçivəsində bütün tibb müəssisələrinə baxış keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər