Vüqar Həşimovun partlayışda xəsarət alan valideynlərinin son durumu açıqlanıb
sizinxeber.az xəbər saytı

Vüqar Həşimovun partlayışda xəsarət alan valideynlərinin son durumu açıqlanıb


Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə xəsarət alan mərhum şahmatçı Vüqar Həşimovun atası, 1949-cu il təvəllüdlü Qasım Həşimovun müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, hazırda yaralının vəziyyəti ağır-stabildir: "Bədən səthinin 55%-ni əhatə edən 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən şəxsin yaraları cərrah tərəfindən izlənilir".

"TƏBİB-in tabeliyindəki Yeni Klinikaya təxliyə olunan 1959-cu il təvəllüdlü Aida Həşimovanın müalicəsi Reanimasiya şöbəsində aparılıb. Bədənin müxtəlif nahiyələrində çox sayda cırılmış, kəsilmiş, didilmiş yaralar və sol əlinin ovuc qismində dərin kəsik yarası diaqnozu təyin edilib, eyni zamanda rentgen və tomoqrafiya müayinələrindən sonra hər iki bud sümüyün aşağı hissəsində qapalı yerdəyişməli qırıq aşkarlanıb. Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Daha sonra ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisələrindən birinə təxliyə olunub", - məlumatda bildirilib.

Oxşar xəbərlər

Vüqar Həşimovun Novxanıda evdə partlayışda xəsarət alan valideynlərinin vəziyyəti açıqlanıb
Sumqayıtda və Novxanıdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Novxanıda Vüqar Həşimovun valideynlərinin evində partlayış olub, ata-anası xəsarət alıb, vəziyyətləri ağırdır - FOTO - VİDEO - YENİLƏNİB-2
Sumqayıtda evə silahlı basqında yaralananların vəziyyəti AÇIQLANDI
Daşkəsəndə partlayış nəticəsində xəsarət alanın son vəziyyəti açıqlanıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər