“G20” Paris İqlim Sazişinin effektiv həyata keçirilməsinin tərəfdarıdır
İyirmilik Qrupu (G20) ölkələrinin liderləri Paris Sazişinin effektiv həyata keçirilməsi ilə iqlim dəyişikliyinə qarşı mübarizəyə sadiq olduqlarını bildiriblər və həmçinin qlobal istiləşməni 1,5 dərəcə selsi ilə məhdudlaşdırmaq üçün səy göstərməyə hazır olduqlarını təsdiqləyiblər.
“Report” xəbər verir ki, bu barədə Braziliyanın Rio-de-Janeyro şəhərində 20 ölkədən ibarət G20 qrupunun keçirilən iclasının yekun bəyannaməsində deyilir.
“Liderlik rolumuzu dərk edərək, Paris Sazişinin gücləndirilməsi, tam və səmərəli icrası yolu ilə İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının məqsədlərinə nail olmaq üçün güclü öhdəliyimizi bir daha təsdiqləyirik. Biz əsrin ortalarına qədər istixana qazı emissiyalarını və karbon neytrallığını xalis sıfıra çatdırmaq üçün səylərimizi gücləndirəcəyik. Biz iqlim dəyişikliyi ilə bağlı vəziyyətin aktuallığını və ciddiliyini dərk edirik”, - bəyanatda deyilir.
Sənəddə vurğulanıb ki, qlobal istiləşmənin məhdudlaşdırılması iqlim dəyişikliyinin risklərini və təsirlərini əhəmiyyətli dərəcədə azaldacaq.
Oxşar xəbərlər
G20 ölkələri iqlim dəyişikliyi ilə mübarizə səylərinə sadiq olduqlarını təsdiq ediblər
Kristina Martinez: COP29-un Paris İqlim Sazişinin icra edilməsində mühüm rolu olacaq
Aİ COP29-da iqlim dəyişikliyi ilə bağlı gələcək qlobal fəaliyyətləri dəstəkləyəcək
Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib
G20 liderləri BMT TŞ-da islahatların aparılmasının tərəfdarıdırlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













