Vüqar Qurbanov: COP29 iştirakçılarından tibbi yardım üçün müraciətlər müşahidə olunur
sizinxeber.az xəbər saytı

Vüqar Qurbanov: COP29 iştirakçılarından tibbi yardım üçün müraciətlər müşahidə olunur


COP29 müddətində təcili yardımla əlaqəli hazırlıq prosesi bitib və xidmət ərəfəsindəyik.

"Sizinxeber.az" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həm "yaşıl", həm də "mavi" zonada təcili yardım briqadaları fəaliyyət göstərir.

V.Qurbanovun sözlərinə görə, artıq tədbir iştirakçıları arasında tibbi yardım üçün müraciət edənlər var:

"Razılaşdırılmış yerlərin hamısında təcili yardım xidməti qurulub və 24 saat xidmət göstərir. Hotel və qonaqlama yerlərində tapşırıqlar əsasında təcili tibbi yardım briqadaları var. Səhiyyə Nazirliyi, TƏBİB və özəl tibb müəssisələri birlikdə 9 tibb müəssisəsi xidmətin təşkili üçün bu işə cəlb olunub.

Artıq tədbir iştirakçılarından tibb müəssisələrinə müraciətlər müşahidə olunur. Qonaqlara tibbi xidmətlər yüksək səviyyədə təmin edilir. Artıq müraciət edənlər var və yüksək tibbi xidmət göstərilir"

Oxşar xəbərlər

COP29-da 40-a yaxın təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək
TƏBİB rəhbəri: Təcili tibbi yardımın ünvana gecikməsi şikayətləri azalıb
COP29 üçün ayrılan xəstəxanaların fəaliyyəti müəyyənləşib
Təcili tibbi yardım maşınları COP29 zolaqlarından istifadə edə biləcək
Yeni Klinikanın COP29 zamanı necə fəaliyyət göstərəcəyi müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle