Bu ilin ilk doqquz ayında suçiçəyi xəstəliyinə yoluxma səviyyəsi iki dəfə azalıb
Bu ilin ilk doqquz ayında 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə suçiçəyi xəstəliyinə yoluxma səviyyəsi iki dəfə azalıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aparılan məqsədyönlü peyvənd tədbirləri nəticəsində sentyabr ayından ölkədə tək-tək qızılca xəstəliyi halları qeydə alınır: "2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin doqquz ayı ərzində suçiçəyi xəstəliyinə yoluxma səviyyəsi iki dəfə azalıb".
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, hazırda ölkədə qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar və böyük yaşlı əhaliyə yaşayış yeri üzrə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində peyvənd işləri davam etdirilir.
Oxşar xəbərlər
Afaq Əliyeva: Hazırda ölkədə qızılcaya yoluxma halları azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
