Alimlər ürək xəstəlikləri üçün risk faktorunun adını açıqlayıblar
Ətraf mühitdən gələn pestisidlər (bitki zərərverici, xəstəliklərinə, alağa, taxıla və taxıl məhsullarına, həmçinin insan və heyvanlarda təhlükəli xəstəlik yayanlara qarşı mübarizədə istifadə edilən kimyəvi maddə -red), ağır metallar və mikroplastiklər ürəyə və qan damarlarına zərər verə bilər.
“Report” xəbər verir ki, bunu “Nature Reviews Cardiology” jurnalında dərc olunan araşdırma göstərib.
Alimlər ekoloqların əvvəlki tədqiqatlarının məlumatlarını təhlil ediblər. Torpağın, suyun və havanın kimyəvi çirklənməsi ilə əlaqəli xəstəliklər hər il doqquz milyon (16%) vaxtsız ölümə səbəb olur. Bu halların yarısı ürək-damar sistemi ilə bağlıdır.
Torpaq və su çirkləndiriciləri qan damarlarında iltihaba səbəb olaraq ateroskleroza (damarların xolesterol lövhələri ilə tıxanmasına) kömək edə bilər. Eyni zamanda, kardioloqlar xəstələrə təsir edən ekoloji risk faktorlarına daha çox diqqət yetirməlidirlər. Tez-tez diqqətdən qaçan amillərdən biri də havanın tozdan çirklənməsidir. Bu, ildə 770 000 ürək xəstəliyindən ölümlə əlaqələndirilə bilər.
Müəlliflər deyirlər ki, torpaq və suyun çirklənməsinə nəzarət ürək-damar riskini azaltmaq üçün vacibdir. Bu ictimai sağlamlıq problemi suyun filtrasiyasını yaxşılaşdırmaq və havanı çirkləndirici emissiyaları azaltmaqla, eləcə də davamlı kənd təsərrüfatı təcrübələrini azaltmaqla azalda bilər.
Oxşar xəbərlər
Alimlər vaksinlərin nevroloji fəsadlarını açıqlayıblar
Bir qan testi qadında növbəti 30 il üçün infarkt və insult riskini proqnozlaşdıra bilər
Çirkli havanın ürəyə zərərini azaltmağın yolu tapılıb
Tez yatmaq ürək və damar xəstəliklərinə səbəb ola bilər
Autizmin oğlanlarda niyə daha çox yayıldığı məlum olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident İlham Əliyevin doğum günüdür
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik












