Ötən ay dünyada 50 minə yaxın insan vəbaya yoluxub
sizinxeber.az xəbər saytı

Ötən ay dünyada 50 minə yaxın insan vəbaya yoluxub


Cari ilin avqustunda təxminən 50 minə yaxın insan vəba xəstəliyinə yoluxub, 160-dan çox insan ölüb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-nin aylıq bülletenində qeyd olunub ki, avqust ayında 17 ölkədə 49 986 yoluxma və 161 ölüm halı qeydə alınıb. İyul ayı ilə müqayisədə bu ay yoluxma 16 %, ölüm isə 28 % azalıb.

Mərkəzi və Qərbi Afrikada, eləcə də Cənub-Şərqi Asiyada son vaxtlar baş verən şiddətli daşqınlar vəbaya yoluxma riskini artırıb.

Ümumilkdə yanvarın 1-dən avqustun 25-dək 28 ölkədə 371 517 yoluxma, 2 527 ölüm halı müəyyən edilib. Xüsusilə Şərqi Aralıq dənizi regionunda və Afrikada yüksək artım qeyd olunur.

Oxşar xəbərlər

ÜST: Sudanda vəba epidemiyası 120 nəfərin həyatına son qoyub
Afrikada həftə ərzində meymunçiçəyinə minlərlə insan yoluxub
Dünyada meymunçiçəyinə 98 minə yaxın yoluxma qeydə alınıb
Konqoda bu il 15 mindən çox insan meymunçiçəyinə yoluxub
Türkiyədə bir nəfər meymunçiçəyi xəstəliyinə yoluxma şübhəsi ilə karantinə alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle