Azərbaycan və Çin səhiyyə sahəsində gələcək inkişaf perspektivlərini müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan və Çin səhiyyə sahəsində gələcək inkişaf perspektivlərini müzakirə edib


Azərbaycan və Çin səhiyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərini müzakirə edib.

"Report" xəbər verir ki, səhiyyə naziri Teymur Musayevlə Çinin Azərbaycandakı səfiri Lu Mey arasında görüş zamanı tibb təhsili, elmi-tədqiqat fəaliyyətləri, əczaçılıq, innovativ texnologiyaların tətbiqi və digər maraq doğuran istiqamətlərdə birgə əməkdaşlıq imkanları müzakirə edilib.

Nazir iki ölkə rəhbərlərinin səyləri nəticəsində Azərbaycan-Çin münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb:

"Dövlət başçılarının imzaladığı “Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırıb".

Teymur Musayev iki ölkdə arasında strateji tərəfdaşlığın bir çox istiqamətləri əhatə etdiyini diqqətə çatdıraraq, səhiyyə sahəsində əməkdaşlığın da bu kontekstdə xüsusi önəm daşıdığını qeyd edib.

Səfir ölkələr arasında səhiyyə sahəsində birgə təşəbbüslərin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

Oxşar xəbərlər

Azərbaycan ilə Çin arasında ticarət-iqtisadi və humanitar əməkdaşlıq müzakirə edilib
Azərbaycan səfiri və Mərakeşin təhsil naziri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan və Belarus səhiyyə sahəsində birgə layihələrin həyata keçirilməsini müzakirə edib
Baş nazir Əli Əsədov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle