Quş qripi xəstəliyinə qarşı monitorinqin nəticələri açıqlanıb
sizinxeber.az xəbər saytı

Quş qripi xəstəliyinə qarşı monitorinqin nəticələri açıqlanıb


Cari ilin 19-23-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Məlumata əsasən, monitorinq zamanı 65 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 23 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 230 baş, habelə 14 rayonun (şəhər) 116 ailə təsərrüfatında ümumilikdə müxtəlif növ 364 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb.

Laboratoriyalarda aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib.

Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb.

Oxşar xəbərlər

AQTA: Azərbaycanda quş qipinə rast gəlinməyib
AQTA: Monitorinqlərdə quş qripi xəstəliyinin törədicisi aşkarlanmayıb
AQTA: Azərbaycanda quş qripi xəstəliyinə rast gəlinməyib
Naxçıvanda quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycanda quş qripi ilə bağlı monitorinqlərin nəticələri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle