Abşeron Rayon Mərkəzi Xəstəxanasında onlayn növbə sisteminin tətbiqinə başlanılıb
Abşeron Rayon Mərkəzi Xəstəxanasında onlayn növbə sisteminin tətbiqinə başlanılıb.
Bu barədə "Sizinxeber.az"a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, yeni sistem vasitəsilə vətəndaşlar tibbi xidmətlərə çıxışı daha rahat təmin ediləcək, uzunmüddətli gözləmə halları aradan qaldırılacaq, səmərəli xidmət mühit yaradılacaq və ən əsası vətəndaş məmnuniyyəti yüksəldiləcək.
Onlayn növbə sistemi sayəsində vətəndaşlar artıq "e-Təbib" mobil tətbiqi vasitəsilə öncədən vaxt təyin edə bilir və seçdikləri vaxtda tibb müəssisəsinə yaxınlaşaraq canlı növbə gözləmədən həkim qəbuluna rahat giriş əldə edirlər. Bu yanaşma vaxtın düzgün idarə olunmasına və qəbul prosesinin daha nizamlı təşkilinə imkan yaradaraq vətəndaşların, habelə həkimlərin zamanını səmərələşdirməyə kömək edir.
Hazırda Abşeron Rayon Mərkəzi Xəstəxanasında bütün ixtisaslı həkim müayinələri üçün onlayn növbə seçimi etmək mümkündür.
Qeyd edək ki, sözügedən xəstəxanada vətəndaşların sürətli qəbulunun tənzimlənməsi məqsədilə 18 qeydiyyat masası funksional istiqamətlər üzrə bölünərək koordinasiyalı şəkildə fasiləsiz fəaliyyət göstərir.
Əlavə edək ki, tibbi xidmətlərə çıxışın hamı üçün daha əlçatan olmasını hədəfləyən onlayn növbə sisteminin mərhələli qaydada ölkə üzrə digər tibb müəssisələrində də tətbiqi nəzərdə tutulur.
Oxşar xəbərlər
TƏBİB-in direktoru: Xəstəxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi üzərində işlər aparılır
Azərbaycan Mərkəzi Bankı vətəndaş qəbulu imkanlarını genişləndirir
“SİMA Token”in onlayn sifarişi mümkün oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
