Azərbaycan Mərkəzi Bankı vətəndaş qəbulu imkanlarını genişləndirir
Azərbaycan Mərkəzi Bankı (AMB) vətəndaşların qəbulu ilə bağlı daha bir yeniliyə imza atıb.
"Sizinxeber.az" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu ilin aprel ayından etibarən müraciətlərin operativ qaydada qəbulu və cavablandırılması məqsədilə "myGov" platforması vasitəsilə qurumua elektron müraciətlərin göndərilməsi təşkil olunub. Növbəti yenilik isə vətəndaşların "myGov" platformasına inteqrasiya olunmuş onlayn növbə sistemi vasitəsilə AMB-yə gəlmədən növbə əldə etmək imkanının yaradılmasıdır.
Belə ki, vətəndaş sistemin “Yeni rezervasiya” bölməsinə quruma gələcəyi tarix, zaman və əlaqə nömrəsi daxil edir, təyin olunmuş qəbul tarixi və saatında AMB-də aidiyyəti üzrə “Qəbul otağı”na gələrək öncədən əldə etdiyi SMS təsdiq kodunu növbəlilik sisteminə daxil edir və sistem ona sıra nömrəsi təqdim edir. Həmin sıra nömrəsinə uyğun olaraq AMB-nin məsul əməkdaşı ilə görüş təmin olunur.
Vətəndaş həmçinin "myGov" platforması vasitəsilə əldə olunmuş onlayn növbəni “Rezervasiyanın ləğvi” bölməsi vasitəsilə ləğv edə bilər.
Oxşar xəbərlər
"Məhkəmə Çağrı Mərkəzi"nin funksiyaları artırılıb
Azərbaycan Mərkəzi Bankına "myGov" üzərindən müraciət etmək imkanı yaradılıb
Yanvarda PA-nın vətəndaş qəbulu - Cədvəl
Vətəndaşların hərbi xidmətlə bağlı məlumatları artıq “mygov” platformasında!
“SİMA İmza” ilə “Azpulmat”da kreditini anında rəsmiləşdir!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













