Qərbi Azərbaycan İcmasında Gənclər Günü ilə əlaqədar tədbir keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

Qərbi Azərbaycan İcmasında Gənclər Günü ilə əlaqədar tədbir keçirilib - FOTO


2 Fevral Gənclər Günü ilə əlaqədar Qərbi Azərbaycan İcmasında (QAİ) “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir keçirilib.

Sizinxeber.az xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Qərbi Azərbaycan Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov və digər şəxslər iştirak ediblər.

Sədr Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclərin rolu və dəstəyinin mühüm əhəmiyyət daşıdığını bildirib:

"Deportasiya ilə bağlı reallıqların, eləcə də irsimizin nəsildən – nəslə ötürülməsinin məhz gənclərin bu həqiqətlər barədə olan biliklərinə əsasən baş verir".

Əhliman Əmiraslanov isə tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki, gənclərin uğurlu fəaliyyət göstərəcəyinə inanır.

Qərbi Azərbaycan İcmasının aparatında gənclərlə iş üzrə məsul şəxs Anar Rzaquliyev deyib ki, Gənclər Şurasının strukturunun yenilənmiş forması hazırlanıb. O bildirib ki, Gənclər Şurasının yenilənmiş strukturu sədr və 2 sədr müavinindən ibarətdir.

Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının və Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Şahin İsmayılov çıxışında gənclərin günümüzün aparıcı-lokomotiv qüvvəsi olduqlarını, Qərbi Azərbaycanla bağlı daha ətraflı məlumata malik olmalarının vacibliyini qeyd edib. Şahin İsmayılov bildirib ki, gənclərin istər təmsil olunduqları platformalar, istər sosial media, istərsə də digər ölkələrdəki fəaliyyətləri zamanı Qərbi azərbaycanlıların ötən əsrdə üzləşdikləri deportasiya və soyqırımları ilə bağlı həqiqətləri çatdırmaları, aparılan işdə önəmli rola malikdir.

Tədbir çıxışlarla davam edib. Sonra əslən Qərbi Azərbaycandan olan və bir sıra uğurlara imza atan 15 gəncin eləcə də İcma ilə səmərəli əməkdaşlığa görə 10 gənclər təşkilatının mükafatlandırılması həyata keçirilib. Ardınca İcmanın müxtəlif tədbirlərində iştirak etmiş 30 gəncə üzvlük vəsiqələri təqdim edilib.

Oxşar xəbərlər

Qərbi Azərbaycan İcmasında Milli Mətbuat Günü qeyd olunub
Şura sədri: Gənclərin ictimai-siyasi fəaliyyəti ilə bağlı yerli və beynəlxalq müstəviyə çıxaracağımız təşəbbüslər var
İcma sədri: Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın müstəsna rolu olub
“Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda II beynəlxalq konfrans keçiriləcək
Bakıda “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər