Bahrom Aşrafxanov Azərbaycanın Qarabağın bərpasındakı uğurlarını qeyd edib
sizinxeber.az xəbər saytı

Bahrom Aşrafxanov Azərbaycanın Qarabağın bərpasındakı uğurlarını qeyd edib


Azərbaycan işğaldan azad edilmiş ərazilərin yenidən qurulması proqramını uğurla həyata keçirir.

"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov jurnalistlərə bildirib.

"Biz burada bərpa işlərinin sürətli şəkildə aparılmasına sevinirik və düşünürük ki, növbəti dəfə bəzi layihələrin tamamlandığını görəcəyik", - o qeyd edib.

Şuşada baş çəkdiyi xalça muzeyindən bəhs edən səfir Azərbaycanın zəngin mədəniyyəti və tarixinə də diqqət çəkib:

"Azərbaycanın inşa etdiyi muzeylər turizm üçün əlverişli rol oynayır".

Diplomat qeyd edib ki, Qarabağa səfəri zamanı Xocalıdakı soyqırımı muzeyi xüsusilə onun yaddaşında qalıb:

"Heç kim burada baş verənləri və bu faciədən sağ çıxanların necə bir qəhrəmanlıq nümayiş etdirdiyini unutmamalıdır".

Oxşar xəbərlər

Bahrom Aşrafxanov: Azərbaycan və Özbəkistan IT şirkətləri daha sıx əməkdaşlıq qurublar
Səfir: Bakı ilə Daşkənd arasında sənaye kooperasiyasının inkişafı çox vacibdir
Çexiya səfiri: İnvestorlarımız Şuşada hotel tikə bilərlər
Xorvatiya səfiri: Azad edilən ərazilərdə bərpa işlərinin bu qədər sürətlə aparılmasından təsirləndim
Fələstin səfiri Qarabağın gözəlliyinə heyran qalıb: Buraya böyük məmuniyyətlə qayıdacağam

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər