Xorvatiya səfiri: Azad edilən ərazilərdə bərpa işlərinin bu qədər sürətlə aparılmasından təsirləndim
Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç işğaldan azad edilən ərazilərdə bərpa işlərinin bu qədər sürətlə aparılmasından təsirləndiyini bildirib.
Bu barədə o, “Report”un Xankəndiyə ezam olunmuş əməkdaşına açıqlamasında danışıb.
Səfir deyib ki, bu onun Xankəndiyə ilk səfəri olsa da, ümumilikdə, Qarabağa 6-7 dəfə gəlib:
“Yəni Qarabağ bölgəsi ilə kifayət qədər tanışam. Buna baxmayaraq, bərpa işlərinin bu qədər sürətlə aparılmasından təsirləndim. Burada həmişə yeni bir şey görmək mümkündür və burada olmaq çox xoşdur. Amma Xankəndidə ilk dəfə olmaq mənim üçün xüsusi əhəmiyyət daşıyır, çünki bu şəhər işğal dövründəki əsas mərkəzi simvolizə edir”.
Diplomat əlavə edib ki, Xankəndi ona Xorvatiyada işğal olunmuş ərazilərinin “paytaxtı” sayılmış Knin şəhərini xatırladır:
“Ona görə də bu səfər həm simvolik, həm də çoxmənalıdır. Burada olmaq çox gözəldir”.
Oxşar xəbərlər
Britaniyalı səyyah: Qarabağ hadisələri Qərbdə kifayət qədər işıqlandırılmır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Xorvatiya arasında XİN başçılarının müavinləri səviyyəsində siyasi məsləhətləşmələr keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndi, Ağdərə və Xocalıya 30 milyon manat investisiya qoyulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Xorvatiyanın tanıtımına həsr olunan görüş keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












