Prezidentin köməkçisi: Mina təhlükəsi Azərbaycan üçün ciddi çağırış olaraq qalır
Mina təhlükəsi Azərbaycan üçün ciddi çağırış olaraq qalır.
"Sizinxeber.az"un Xankəndinə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpus nümayəndələri qarşısında çıxış edərkən bildirib.
"Bunlar (minalar - red.) bu ərazilərdə torpağın altına yerləşdirilmiş gizli təhlükədir. Gördüyünüz kimi, buranın gözəl təbiəti var, lakin, təəssüf ki, mina təhlükəsi səbəbindən bir sıra rayonlara çıxışımız yoxdur", - o deyib və qeyd edib ki, Azərbaycan torpaqlarının işğalı dövründə bu ərazilərdə 1,5 milyondan çox mina basdırılıb.
H.Hacıyev vurğulayıb ki, Azərbaycan ərazisinin, demək olar ki, 12–13 %-i minalarla çirklənib.
"Hər il (minatəmizləməyə - red.) əhəmiyyətli maliyyə resursları ayrılır, lakin bu iş böyük insan cəsarəti tələb edir. Başqa yol yoxdur - əraziyə yalnız mütəxəssislər çıxır və addım-addım minatəmizləmə işlərini həyata keçirirlər", - o qeyd edib.
Prezidentin köməkçisi xatırladıb ki, 2020-ci ildən bəri mina partlayışları nəticəsində həlak olan və yaralananların sayı artmaqda davam edir:
"Bu günə olan vəziyyətə görə, 450-dən çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində həlak olub və ya yaralanıb".
Oxşar xəbərlər
PA rəsmisi: Ermənistanın təqdim etdiyi mina xəritəsinin dəqiqliyi çox deyil
Hikmət Hacıyev: Azərbaycan Ermənistan da daxil bütün qonşularla dostluq münasibətləri qurub
Hacıyev Qarabağ Universitetinin xarici ali məktəblərlə əməkdaşlığına çağırıb
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Prezidentin köməkçisi: Azərbaycanda USAID-in fəaliyyətinə yer yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
