Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
sizinxeber.az xəbər saytı

Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub


Prezidentin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda səfərdə olan Kolumbiyanın xarici işlər nazirinin müavini Xuana Kastro Santamaria ilə görüşüb.

"Sizinxeber.az" xəbər verir ki, H. Hacıyev bu barədə "X" sosial media hesabında paylaşım edib.

Prezidentin köməkçisi bildirib ki, xanım Santamaria ilə səmərəli müzakirələr aparıb:

"Ölkələrimiz arasında siyasi dialoqun hazırkı səviyyəsi ümidvericidir. İqtisadi və ticari, mədəni və humanitar, turizm və insanlararası mübadilələr sahələrində əməkdaşlığı genişləndirmək üçün mühüm potensial mövcuddur".

Həm Azərbaycan, həm də Kolumbiyanın mina problemindən əziyyət çəkdiyini vurğulayan H. Hacıyev Kolumbiyanın XİN başçısının müavini ilə bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını müzakirə etdiklərini diqqətə çatdırıb.

"Azərbaycanda ispan dilinin təşviqinə verdiyi dəstəyə görə Kolumbiya tərəfinə minnətdarlığımızı bildiririk", - PA-nın şöbə müdiri vurğulayıb.

Oxşar xəbərlər

Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
Prezidentin köməkçisi: Azərbaycanda USAID-in fəaliyyətinə yer yoxdur
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr olub
Hikmət Hacıyev İran XİN-in Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər