İlham Əliyev: Azad olunan Laçında Azərbaycan, Türkiyə və Pakistan zirvə görüşünün keçirilməsi rəmzi xarakter daşıyır - YENİLƏNİB
Erməni işğalından azad olunan Laçında Azərbaycan, Türkiyə və Pakistanın Zirvə görüşünün keçirilməsi rəmzi xarakter daşıyır.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə bildirib.
Dövlət başçısı qeyd edib ki, bu üç ölkəni və xalqı birgə tarix, mədəniyyət və dəyərlər birləşdirir:
"Bir-birimizin uğurlarına sevinirik, çətin günlərdə bir-birimizin yanında olmuşuq. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik”.
Prezident vurğulayıb ki, iqtisadi potensialdan istifadə etməklə qarşılıqlı fayda əldə etmək üçün geniş imkanlar var:
"Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyarda ABŞ dollarında çox investisiya qoyub, Pakistan iqtisadiyyatına 2 milyarda ABŞ dolları həcmində investisiya qoymağa hazırdır".
Oxşar xəbərlər
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
Pakistanın Baş naziri: Ərdoğan böyük və cəsur liderdir
Pakistanın Baş naziri bu gün Ankarada Türkiyə Prezidenti ilə görüşəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
