Britaniya Səyyah Klubunun rəhbəri: Qarabağa səfər etmək fürsətinə görə Azərbaycana minnətdarıq
Böyük Britaniyanın "Picky Reels" səyyah klubunun rəhbəri İv Buvi azad edilmiş ərazilərə səfər etmək imkanına görə Azərbaycana təşəkkürünü bildirib.
“Sizinxeber.az”un Ağdama ezam olunmuş müxbirinin verdiyi məlumata görə, o, bunu jurnalistlərlə söhbəti zamanı deyib.
İ.Buvi qeyd edib ki, onun Qarabağa ötən dəfəki səfəri ilə müqayisədə bölgə yaxşıya doğru çox dəyişib.
“Sonuncu dəfə Şuşada 2022-ci ildə olmuşdum, o zaman orada çoxsaylı dağıntıların izləri qalmışdı, bu gün isə tikintinin miqyası və keyfiyyəti məni çox heyran etdi. Şuşa şəhərindən sonra biz Ağdamda olduq, orada da bir çox dəyişikliklərin şahidi oldum”, - o əlavə edib.
Klubun rəhbəri qeyd edib ki, Qarabağın dəyişməsi onda güclü təəssürat yaradıb. “Mən Azərbaycan hakimiyyətini məcburi köçkünlərin öz evlərinə mümkün qədər tez qayıtmasını təmin etmək üçün göstərdiyi səylərə görə alqışlayıram”, - o vurğulayıb.
Oxşar xəbərlər
Belçikalı səyyah: Azərbaycan hökumətinin Qarabağda apardığı quruculuq işlərini təqdir edirəm
Ceyran Qurbanova: Qarabağ səfərinin iki günü ərzində buradakı gözəlliklərə heyran oldum
Amerikalı səyyah: Qarabağın arxitekturası valehedicidir
Gürcüstanlı səyyah: Qarabağın necə fəal şəkildə bərpa olunduğunu görmək sevindiricidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
