I Qarabağ müharibəsinin itkin-şəhidi Məzahir Kərimovun qalıqları Xaçmazda dəfn edilib - YENİLƏNİB
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və 31 il sonra şəxsiyyəti müəyyənləşdirilən Məzahir Kərimovun nəşinin qalıqları doğulduğu Usta Cəlilli kəndində dəfn olunub.
"Report"un Şimal bürosunun məlumatına görə, dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, müharibə veteranları və əlilləri, rayon sakinləri iştirak ediblər.
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağı şəhidin ailə üzvlərinə təqdim edilib.
Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan və şəxsiyyəti müəyyənləşdirilən şəhid Kərimov Məzahir Xalıq oğlu ilə Xaçmazın Çarxı kəndində vida mərasimi keçirilir.
"Report"un Şimal bürosunun məlumatına görə, vida mərasimində Xaçmaz rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edir.
Vida mərasimindən sonra şəhid Usta Cəlilli kəndin qəbristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Kərimov Məzahir Xalıq oğlu 1970-ci il iyunun 16-da Xaçmazın Usta Cəlilli kəndində doğulub. Keçmiş sovet ordusunda hərbi xidmət keçib. Könüllü olaraq Birinci Qarabağ döyüşlərinə qoşulub. 1994-cü ildən itkin düşmüş hesab olunurdu. Şəhid Məzahir Kərimovun nəşinin qalıqları Ağdərə rayonu ərazində aşkarlanıb.
Oxşar xəbərlər
Xaçmazda I Qarabağ müharibəsinin itkin-şəhidi Məzahir Kərimov dəfn edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmov dəfn olunub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Məzahir Kərimovun qalıqları Xaçmazda dəfn olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xaçmazda Birinci Qarabağ müharibəsi şəhidi ilə vida mərasimi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəkidə Birinci Qarabağ müharibəsinin şəhidi Şahid Məmmədov dəfn edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












