Emin Hüseynov: Ay ərzində Ağdamın Xıdırlı kəndinə köç təmin ediləcək
Ağdamın Xıdırlı kəndinə köç üçün işlərə başlanılıb.
“Report”un Qarabağ bürosunun məlumatına görə, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda Baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən "Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin təməli" adlı konfransda çıxışı zamanı deyib.
Xüsusi nümayəndə bildirib ki, həmin tədbirlər çərçivəsində bu il Prezident İlham Əliyev ilk olaraq Ağdam rayonunun Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinin açılış mərasimində iştirak edib: "Ardınca Sarıcalı və Kəngərli kəndlərinin sakinləri artıq öz doğma torpaqlarına qayıdıblar”.
Onun sözlərinə görə, Xıdırlı kəndində köç üçün işlərə başlanılıb:
“Bu ay ərzində həmin kəndə ilkin olaraq 188 ailənin köçü təmin ediləcək. Növbəti iki ay ərzində isə müvafiq olaraq 195 və 390 ailənin köçməsi mümkün olacaq”.
Oxşar xəbərlər
Bu ay Ağdamın Baş Qərvənd və Eyvazxanbəyli kəndlərində tikinti başlayacaq
İlin sonuna qədər Ağdamın üç kəndinə köç baş tutacaq
Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
