Polkovnik-leytenant: Xankəndidən vaxtilə dövlətimizi təhdid edənlər bu gün məhkəmə qarşısında cavab verirlər
Qalib Azərbaycan əsgərini görən uşaqlar ruh yüksəkliyi ilə böyüyür.
Bu fikirləri "Report"un Xankəndinə ezam olunan əməkdaşına müsahibəsi zamanı Azərbaycan Ordusunun zabiti, Vətən müharibəsi qazisi ehtiyatda olan polkovnik-leytenant Kamil Duniyev səsləndirib.
"Mən burda iştirak etməkdən qürurluyam. Bugünkü bu yürüşdə həqiqətən də, möhtəşəm bir mənzərə var. Eyni zamanda da başda Ali Baş Komandan olmaqla bütün xalqımızı və ordu birliklərimizin bütün mənsublarını təbrik edirəm. Xankəndi işğalda olduğu illərdə buradan erməni separatçıları dövlətimizə və xalqımıza qarşı müəyyən təhdidlər səsləndirirdilər. Şükürlər olsun ki, bu gün dövlətimizin gücü sayəsində bizi təhdid edənlər bu gün Azərbaycan qanunları qarşısında cavab verirlər. Bu gün biz xoşbəxt bir xalqıq ki, möhtəşəm zəfərə imza atmışıq", - K.Duniyev vurğulayıb.
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107-ci ildönümü ilə əlaqədar Xankəndində keçirilən hərbi yürüşdə gördüyü mənzərənin, gələcəkdə ordumuzun daha möhkəmlənməsinə bir işarə olduğunu vurğulayıb. "Bu gün yürüşdə olan izdiham, xüsusilə yetişməkdə olan uşaq və yeniyetmələrimizin əlində möhtəşəm bayrağımızı görmək çox qürurvericidir. Şahidi olduğumuz bu mənzərə onu deyə əsas verir ki, bu gün böyüyən uşaqlarımız Zəfər sevinci ilə, qələbə ruhuyla böyüyürlər. Həmin körpələr, qalib ordunun əsgərlərini gördükcə onların necə fəxr etdiklərini görürsən. Buda onu deyə əsas verir ki, ordumuzun gələcəyi sarsılmaz və əyilməz bir güclə daha da qüdrətlənəcək", - hərbçi bildirib.
Oxşar xəbərlər
DSX-nin ehtiyatda olan polkovnik-leytenantı həbs olunub
Prezident bu hərbçiləri təltif etdi
Yüksək vəzifəyə təyin olunan general Hikmət Mirzəyev - DOSYE
"Heydər Əliyevin keçdiyi ömür yolu hamımız üçün möhtəşəm həyat məktəbidir"
Ali Baş Komandan: "Bu gün Xankəndidə olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












