Azərbaycan və Çexiya arasında siyasi məsləhətləşmələr keçirilib
Praqa şəhərində Azərbaycan və Çexiya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.
Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Çexiyanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yan Maryan rəhbərlik edib.
Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, davamlı siyasi dialoqun təşviqi məqsədilə qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində təmasların önəmi vurğulanıb.
İqtisadi sahədə əməkdaşlıq kontekstində ikitərəfli ticarət dövriyyəsinin artırılması, habelə enerji, nəqliyyat, yüksək texnologiyalar kimi sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib. Azərbaycanın təşəbbüskarı və fəal tərəfdaşı olduğu mühüm nəqliyyat layihələri, o cümlədən Orta Dəhliz təşəbbüsü çərçivəsində ölkəmizin strateji rolu yüksək qiymətləndirilib.
Eyni zamanda, təhsil, mədəniyyət, turizm sahələrində əməkdaşlığın xalqlararası əlaqələrin gücləndirilməsinə önəmli töhfə verəcəyi qeyd olunub.
Görüşdə, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi və bu prosesə mane olan amillər, davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, eləcə də işğaldan azad edilmiş ərazilərimizdəki mina problemi və orada həyata keçirilən irimiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Sonda tərəflər arasında regional və beynəlxalq gündəlikdə dayanan qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Səfər zamanı F.Rzayev, həmçinin digər ikitərəfli görüşlər keçirib, eləcə də aparıcı araşdırma və beyin mərkəzlərinin nümayəndələri ilə dəyirmi masa formatında baş tutan müzakirələrdə iştirak edib.
Oxşar xəbərlər
Azərbaycan və Belçika arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
Azərbaycan və Portuqaliya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
Azərbaycan və İsveçrə arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr olub
Azərbaycan və Çex Respublikası arasında siyasi məsləhətləşmələr keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












