Səfir: Azərbaycanla əlaqələrin inkişafı Özbəkistanın xarici siyasət prioritetlərindən biridir
Azərbaycan və Özbəkistan liderlərinin qarşılıqlı səfərləri əməkdaşlığın ən yüksək səviyyəsini nümayiş etdirir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov "Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın inkişafının perspektivli istiqamətləri" adlı Azərbaycan-Özbəkistan Ekspert Şurasının ikinci iclası çərçivəsində bildirib.
"Azərbaycanla əlaqələrin hərtərəfli inkişafı Özbəkistanın əsas xarici siyasət prioritetləri sırasındadır. Biz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə aparılan genişmiqyaslı islahatları görürük", - səfir qeyd edib.
O vurğulayıb ki, Özbəkistan Azərbaycanın sürətli iqtisadi inkişafını və beynəlxalq nüfuzunun möhkəmlənməsini fərəhlə müşahidə edir.
Diplomatın sözlərinə görə, özbək xalqı Azərbaycanın ərazi bütövlüyünün bərpasını ən mühüm tarixi hadisə kimi qarşılayıb.
Oxşar xəbərlər
Səfir: Bakı ilə Daşkənd arasında sənaye kooperasiyasının inkişafı çox vacibdir
Səfir: Özbəkistan Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyə çalışır
Bakı və Daşkənd arasında əməkdaşlıq regionda tarixi hadisələr fonunda inkişaf edir
Azərbaycan-Özbəkistan Ekspert Şurası yaradılıb
Bahrom Aşrafxanov: Azərbaycan və Özbəkistan IT şirkətləri daha sıx əməkdaşlıq qurublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













