Dövlət İdarəçilik Akademiyasında Türkiyənin tanınmış professorları və politoloqları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Türkiyənin tanınmış universitetlərinin, media orqanlarının və tədqiqat mərkəzlərinin 10-a yaxın nümayəndəsinin iştirakı ilə “Hazırkı geosiyasi reallıqlar fonunda Azərbaycan və Türkiyə münasibətlərindəki inkişaf meylləri" adlı dəyirmi masa keçirilib.
Sizinxeber.az xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov dəyirmi masada Azərbaycanın dünyadakı iqtisadi və siyasi göstəriciləri ilə bağlı geniş təqdimatla çıxış edib.
Rektorun müşaviri, politoloq Zaur Məmmədovun moderatorluğu ilə keçən dəyirmi masada millət vəkilləri Hikmət Babaoğlu və Aydın Mirzəzadə, Haccetepe Universitetindən doç. dr. Esma Özdaşlı, Türkiyə Siyasi və Strateji Araşdırmalar Vəqfi sədri, dr. Sinan Demirtürk, Hacettepe Universiteti Strateji Araşdırmalar Mərkəzi müdir müavini, dr. Özlem Pınar Oran, Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzi sədri, prof. dr. Mehmet Seyfettin Erol, Türkiyə İqtisadi Siyasətləri Araşdırma Vəqfi Orta Şərq və Orta Asya İnstitutu direktoru Hilmi Demir, Dövlət İdarəçilik Akademiyasının dekanı Mürtəza Həsənov, Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova və digərləri çıxış edərək tədbirin aktuallığına toxunublar.
Tədbirdə Azərbaycan və Türkiyəni narahat edən çağırışlar geniş şəkildə təhlil edilib. Dəyirmi masada 2020-ci ildən sonra formalaşan yeni geosiyasi vəziyyətdə bölgə ətrafındakı vəziyyətdə Azərbaycan və Türkiyə arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyi qeyd edilib, ikitərəfli münasibətlərə xələl gətirmək istəyən qüvvələrin məqsədlərinə çatmayacağı vurğulanıb.
Oxşar xəbərlər
Məhəmməd Yunus İƏT-in Azərbaycanda keçiriləcək Zirvə Toplantısına dəvət edilib
Azərbaycanın hökumət missiyası Nepalda səfərdə olub
Rusiyada COP29 mövzusunda dəyirmi masa keçirilib
Qlobal İqlim Böhranında Strateji Kommunikasiya üzrə Dəyirmi Masa - "Stratcom Public Forum" keçirilib
Elmi-sosioloji tədqiqat layihəsinin nəticələrinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
