

Pakistanın Baş naziri Azərbaycan və Türkiyə prezidentlərinə Hindistanla münaqişədə dəstəyə görə minnətdarlığını bildirib
Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan və Türkiyə prezidentlərinə Hindistanla münaqişədə Pakistana dəstək göstərdiklərinə görə minnətdarlığını bildirib.
“Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə o, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşündə danışıb.
“Bugünkü dünyamızda ciddi çağırışlar, iqtisadi böhranlar, siyasi çağırışlar mövcuddur. Belə bir şəraitdə Pakistanın bəxti gətirib ki, Azərbaycan və Türkiyə kimi qardaşları var. Siz dağ kimi arxamızda dayanmısınız. Biz sülh və ədaləti həmişə üstün tutacağıq. Zamanın sınağından keçmiş münasibətimiz xalqıarımızın rifahına xidmət edəcək. Bu görüş isə bizə siyasi zərurət verir və qarşılıqlı maraq doğuran sahələrdə irəliləmək üçün platforma verir”, - o qeyd edib.
Baş nazir bəyan edib ki, Pakistan regionda sülhün tərəfdarıdır. O vurğulayıb ki, Hindistanla münaqişə Kəşmir xalqının xeyrinə həll olunmalıdır:
“Hindistanın bizim üçün yaratdığı digər bir problem içməli su ilə bağlıdır. Ümid edirik ki, bu istiqamətdə Hindistan gələcəkdə heç bir addım atmayacaq. Hindistam həqiqətən də terrorla mübarizədə dialoqa hazırdırsa, Pakistan bu müzakirəyə açıqdır. Çünki Pakistanın 90 min vətəndaşını terror qurbanı olub, iqtisadiyyatımıza son onilliklərdə 150 milyard dollar ziyan dəyib”, - o qeyd edib.
Oxşar xəbərlər
Şahbaz Şərif: Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var
Türkiyə Prezidenti və Pakistanın Baş naziri COP29-da iştirak edəcəklər
Pakistanın Baş naziri gələn həftə Azərbaycana səfərə hazırlaşır
Pakistanın Baş naziri: Ərdoğan böyük və cəsur liderdir
Pakistanın Baş naziri bu gün Ankarada Türkiyə Prezidenti ilə görüşəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Antalyada bıçaqlanıb - VİDEO - YENİLƏNİB
-
"Latsio" klubu Mauritsio Sarriyə 2027-ci ilə qədər müqavilə təklif edib
-
Maldiv Prezidenti Azərbaycan liderini təbrik edib
-
Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb
-
MN: Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb
