Braziliya COP30 üçün Azərbaycandan yol xəritəsi istəyir
sizinxeber.az xəbər saytı

Braziliya COP30 üçün Azərbaycandan yol xəritəsi istəyir


Braziliyanın COP30 üçün Azərbaycandan ən böyük gözləntisi Bakıda qəbul edilmiş iqlim maliyyəsi ilə bağlı qərarların yerinə yetirilməsi və onun həcminin 300 milyard ABŞ dollarından 1,3 trilyon dollara çatdırılmasi üçün konkret istiqamətlərin və yol xəritəsinin hazırlanmasıdır.

“Sizinxeber.az” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini bildirib ki, Azərbaycan COP29-un sədri kimi Braziliya ilə müştərək iş aparır:

“İyun ayında Belem şəhərində köməkçi orqanların sessiyası baş tutacaq və orada ilkin layihələrin təqdimi olacaq”.

Qeyd edək ki, ötən il noyabrın 11-22-də Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilib. COP30 isə bu il Braziliyada keçiriləcək.

Oxşar xəbərlər

Yalçın Rəfiyev: "COP30-da "Bakıdan Belemə" adlı yol xəritəsi təqdim ediləcək"
Braziliyanın nazir müavini: COP30 COP29-da əldə edilmiş razılaşmalardan istifadə edəcək
Braziliya pre-COP30-un tarixini açıqlayıb
İsveçrədə COP29-un əsas nəticələri və COP30-un perspektivləri müzakirə ediləcək
Braziliyanın nazir müavini: COP30 COP29-da əldə edilmiş razılaşmalardan istifadə edəcək - EKSKLÜZİV

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər