Braziliyanın nazir müavini: COP30 COP29-da əldə edilmiş razılaşmalardan istifadə edəcək - EKSKLÜZİV
Hər COP sessiyası əvvəllər əldə edilmiş razılaşmalara əsaslanır. Braziliyada keçiriləcək COP30 da COP29-da əldə edilmiş razılaşmalardan istifadə ediləcək.
Bunu “Sizinxeber.az”a açıqlamasında Braziliya Xarici İşlər Nazirliyinin iqlim, enerji, ətraf mühit üzrə müavini Andre Korrea do Laqo bildirib.
“Braziliya Troyka ölkələrindən biri kimi bu görüşdə (PreCop29) xüsusi rol oynayır. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Azərbaycan və Braziliya indi birlikdə işləyirlər. Çünki sonuncu COP-da biz hər konfransa sıfırdan başlaya bilməyəcəyimiz qənaətinə gəldik. İndi biz Azərbaycan və BƏƏ sədrlikləri ilə fəaliyyəti sıx əlaqələndiririk. Braziliya burada Belendə tamamlanacaq işləri hazırlamağa kömək etmək istəyən tərəfdaş kimidir”, - o qeyd edib.
Nazir müavini onu da vurğulayıb ki, real iqlim tədbirləri görülsə, 1,5°C hədəfinə nail olmaq olar:
"Biz dünyanı bu hədəfə çatmağın zəruriliyinə inandırmalıyıq. İnsanları qorxutmadan inandırmaq çox çətindir, çünki qorxu işləmir. Pis vəziyyətdə olacağımızı təkrarlayaraq nəticə əldə etmədik. Buna görə də insanların çox səhv etməsinə, həll yolları da tapa biləcəklərinə əsaslanaraq elmi reallığı nikbinliklə birləşdirmək lazımdır. Ümid edirəm ki, biz Bakıda və Belendə bu balansa nail ola biləcəyik".
Oxşar xəbərlər
Braziliyanın nazir müavini: COP30 COP29-da əldə edilmiş razılaşmalardan istifadə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Braziliyalı nümayəndə: Biz COP29-da konsensusun əldə olunmasını gözləyirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Braziliya rəsmisi: COP30-a liderliyimiz üçün Azərbaycandan öyrənəcəyimiz çox şey var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: "COP29-a Azərbaycanın, COP30-a isə Braziliyanın ev sahibliyi mühüm əhəmiyyət kəsb edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Braziliya və BƏƏ mədəniyyət nazirləri Azərbaycanın COP29-a hazırlıqlarını yüksək qiymətləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












