İsveçrədə COP29-un əsas nəticələri və COP30-un perspektivləri müzakirə ediləcək
sizinxeber.az xəbər saytı

İsveçrədə COP29-un əsas nəticələri və COP30-un perspektivləri müzakirə ediləcək


BMT-nin Ticarət və İnkişaf Təşkilatı (UNCTAD) İsveçrədə "COP29-un nəticələrinin yekunlaşdırılması" və COP30-a hazırlığa yönəlmiş "Gələcəyə baxış" adlı müzakirə təşkil edəcək.

“Report” xəbər verir ki, tədbir nümayəndələri Azərbaycanda 2024-cü ilin noyabrında keçirilən COP29-un nəticələri ilə hərtərəfli tanış etmək, UNCTAD üçün prioritet istiqamətləri işıqlandırmaq, həmçinin Braziliyanın Belen şəhərində keçiriləcək COP30 ərəfəsində qarşıdakı fəaliyyəti müzakirə etmək məqsədi daşıyır.

Müzakirələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və COP29 Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədri Elmar Məmmədov təmsil edəcəklər.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) 2025-ci il noyabrın 10-21-də Braziliyada keçiriləcək.

Oxşar xəbərlər

Braziliyanın nazir müavini: COP30 COP29-da əldə edilmiş razılaşmalardan istifadə edəcək
Umud Mirzəyev: "COP29-da müzakirə olunan mövzular COP30-da gündəmdə olacaq"
Braziliyada keçiriləcək COP30-un prezidenti təyin olunub
Muxtar Babayev: COP29 Sədrliyi COP30 təşkilatçıları ilə həmrəydir
Marina Silva: COP30-un uğurlu keçirilməsi üçün Bakıdakı COP29-da səyləri birləşdirmək lazımdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle