ISESCO-nun Departamentin direktoru: Bir sıra dövlətlər Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını görməzdən gəlir
sizinxeber.az xəbər saytı

ISESCO-nun Departamentin direktoru: Bir sıra dövlətlər Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını görməzdən gəlir


"Bir sıra dövlətlər Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını görməzdən gəlir. Çünki bu qərarlar müsəlmanların müqəddəs kitabının yandırılmasına qarşı çıxarılıb".

APA xəbər verir ki, bunu "İslamafobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" adlı beynəlxalq konfransın "Antimüsəlman nifrət siyasəti: Hüquqi Çərçivələr və Təbliğar Strategiyaları" panelində ISESCO-nun Hüquqi İşlər və Beynəlxalq Standartlar Departamentinin direktoru Mohamed Hedi deyib.

M. Hedi 44 dövlətin dünyada dini etiqad azadlığı ilə bağlı qərarların qəbulunda iştirakdan imtina etdiyini təəssüflə vurğulayıb:

"BMT-nin Baş Assambleyasının qəbul etdiyi silsilə qərarların əsas məqsədi dini etiqad azadlığına ehtiram göstərmək məqsədi daşıyır. 44 dövlət dünyada dini etiqad azadlığı ilə bağlı qərarların qəbulunda iştirakdan imtina edib. Qəbul edilən bütün qərarlar müəyyən təşəbbüslərə əsaslanır. Beynəlxalq Ədalət Məhkəməsinə gəldikdə isə onun missiyası kütləvi qırğınla əlaqəli məsələlərlə bağlıdır. Bunun ən bariz təzahürü uzun illər əvvəl Myanmadakı qırğınlarla bağlı qaldırılan məhkəmə iddiasıdır. 2020-ci ildə bu məhkəmə Myanma əhalisinin ilkin etirazlarını rədd edərək, onun baxışını davam etdirib. Söhbət xüsusilə Rohingiya müsəlmanlarından gedir. Dini nifrəti dövlətin siyasətinə çevirmək ənənə halını alıb. Çünki bir sıra dövlətlər Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını görməzdən gəlir. Çünki bu qərarlar müsəlmanların müqəddəs kitabının yandırılmasına qarşı çıxarılıb. Avropada bu qərarların tətbiqi mexanizmi böyük çağırışlarla üzləşib. Onların icrası məsələləsi əksər ölkələrdə maneələrlə üzləşir. İslamafobiya ilə mübarizə sahəsində qəbul edilən 1743 nömrəli qərar islamdan qorxuya qarşı cavab vermək zərurəti öz əksini tapıb. Bu, çox önəmli məsələdir".

Oxşar xəbərlər

Sivilizasiyalararası Dialoq Mərkəzi: Almaniyada sağçıların güclənməsi fonunda ISESCO-nun üzərinə böyük vəzifələr düşür
İcraçı direktor: İslamofobiyaya həsr edilmiş konfrans çıxış yollarının tapılması üçün imkandır
Ramin Məmmədov: İslamofobiyaya qarşı mübarizə onu pisləməklə tükənməməli, kökləri məhv edilməlidir
İnsan Qardaşlığı Ali Komitəsinin rəhbəri: Tolerant dünya məhz birgə qurulmalıdır
Roma-Katolik Kilsəsinin nümayəndəsi: Azərbaycanda daim dialoq müşahidə etmişəm

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər