İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın Baş naziri Edi Ramaya təbrik məktubu göndərib.
"Report"un məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Baş nazir,
Ölkənizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz Albaniya Sosialist Partiyasının qələbəsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Lideri olduğunuz partiyanın bu yeni uğuru Albaniyanın rifahı naminə həyata keçirdiyiniz ümummilli siyasətə, çoxşaxəli fəaliyyətinizə verilən yüksək qiymətin ifadəsi, xalqınızın Sizə olan inam və dəstəyinin bariz təzahürüdür.
Azərbaycan ilə Albaniya arasında qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən dövlətlərarası münasibətlərin və əməkdaşlığın səviyyəsi məmnunluq doğurur. Əminəm ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli əsasda müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Albaniya xalqının firavanlığı naminə məsul fəaliyyətinizdə uğurlar diləyirəm".
Oxşar xəbərlər
Prezident İlham Əliyev moldovalı həmkarını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Venesuela Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev əlcəzairli həmkarını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti Çin Sədrini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan lideri Misir Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













