MDB-də kosmosdan hərbi üstünlük əldə etmək məqsədilə istifadəyə qarşı mübarizənin vacibliyi qeyd olunub
sizinxeber.az xəbər saytı

MDB-də kosmosdan hərbi üstünlük əldə etmək məqsədilə istifadəyə qarşı mübarizənin vacibliyi qeyd olunub


Minskdə MDB ölkələri nümayəndələrinin "Silahlanmaya nəzarət, tərk-silah və silahların yayılmaması məsələləri" mövzusunda XİN-lərarası məsləhətləşmələr keçirilib.

“Report”un MDB İcraiyyə Komitəsinə istinadən verdiyi məlumata görə, məsləhətləşmələrdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

İştirakçılar silahlanmaya nəzarət, tərk-silah və silahların yayılmaması sahəsində vəziyyətin beynəlxalq təhlükəsizliklə bağlı vəziyyətdən asılı olduğunu vurğulayıblar.

"Bu sahədə səmərəli irəliləyiş üçün əlverişli şərait yaratmaq məqsədilə etimad mühitinin və müqavilə-hüquqi bazanın effektivliyinin bərpası istiqamətində ciddi kollektiv səylərin göstərilməsi, dövlətlərarası fundamental ziddiyyətlərin əsas səbəblərinin aradan qaldırılmasına diqqət yetirilməsi tələb olunur", - məlumatda qeyd olunub.

Xarici siyasət idarələrinin nümayəndələri Nüvə Silahlarının Yayılmaması Müqaviləsi platformasından müqavilə ilə əlaqəsi olmayan siyasi məqsədlərə nail olmaq üçün istifadə edilməsinə qarşı çıxıblar.

Tərəflər 2026-cı ildə Tərk-silah məsələləri üzrə Birgə Konsultativ Komissiyanın iclasında kosmik fəzada silahlanma yarışının qarşısının alınması məsələsinin müzakirəsinə maraq ifadə ediblər.

Oxşar xəbərlər

MDB ölkələri Avropada adi silahlara nəzarəti müzakirə ediblər
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq Minskdə müzakirə olunub
Tokayev: MDB kəşfiyyat xidmətlərinin qarşılıqlı fəaliyyəti daha da inkişaf etdirilməlidir
BMT artan təhlükələr şəraitində nüvə silahlarına nəzarətin gücləndirilməsinə çağırış edib
ABŞ-də silah istehsalçısı təxminən 1 milyard dollar cərimələnib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər