BMT artan təhlükələr şəraitində nüvə silahlarına nəzarətin gücləndirilməsinə çağırış edib
Artan qlobal gərginliklər və nüvə təhlükələri şəraitində bəşəriyyət müharibə alətlərinə deyil, sülh alətlərinə investisiya qoymalıdır.
“Report” xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik jurnalistlər üçün keçirilmiş brifinqdə dünya təşkilatının başçısı Antoniu Quterrişin Beynəlxalq Tərk-silah və Nüvə Silahlarının Yayılmaması üzrə Maarifləndirmə Günü münasibətilə verdiyi ismarışı çatdırarkən bildirib.
“Bəşəriyyətin gələcəyi ölümcül silahların yayılmasını, sınaqdan keçirilməsini və istifadəsini qabaqlayan sistemləri nə dərəcədə möhkəmləndirməyimizdən asılıdır. Lakin bu gün biz nüvə təhlükəsinin artdığını, qlobal təhlükəsizlik “stop xətləri”nin isə zəiflədiyini görürük”, – Düjarrik vurğulayıb.
BMT Baş katibi dünya liderlərini tərk-silah üzrə öhdəliklərini, o cümlədən yaxınlarda qəbul edilmiş Gələcək Paktını yerinə yetirməyə və eskalasiyanı qabaqlamaq üçün səyləri birləşdirməyə çağırıb. Onun sözlərinə görə, əsas vəzifə dövlətlər arasında etimadın gücləndirilməsi və beynəlxalq hüquq normalarının gözlənməsidir.
Qeyd edək ki, martın 5-də Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsinin qüvvəyə minməsinin 55-ci ildönümü qeyd olunur. Bu, BMT-nin Tərk-silah Komitəsi tərəfindən hazırlanmış çoxşaxəli beynəlxalq sənəddir və nüvə silahına malik ölkələr dairəsinin genişlənməsinin qarşısını almaq, habelə belə silahların istifadəsi ilə silahlı münaqişənin yaranma ehtimalını məhdudlaşdırmaq məqsədi daşıyır.
Oxşar xəbərlər
Quterriş: Dünya yenidən nüvə silahından istifadə təhlükəsi ilə üz-üzədir
Ağ Ev: Pekin öz nüvə silahlarını inkişaf etdirir
Çin ABŞ-ni nüvə təhlükəsinin ən böyük mənbəyi adlandırıb
Tramp nüvə silahını bəşəriyyət üçün əsas təhlükə adlandırıb
Lukaşenko: Belarusun nüvə silahı var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
