Səfir: Azərbaycan Hindistan-Pakistan gərginliyinin azaldılmasına töhfə verə bilər
Hindistan hakimiyyəti bölgədə vəziyyəti gərginləşdirməməklə bağlı yönələn çağırışları gözardı edir.
APA xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddin deyib.
O bildirib ki, rəsmi Delhinin yaratdığı təhlükə tək bir ölkəyə deyil, bütövlükdə regiona yönəlib:
“Mən hesab edirəm ki, bölgədə sülhə nail olunması üçün ilk növbədə Hindistan tərəfi Cənubi Asiyada vəziyyəti gərginləşdirməyə yönələn addımlarından əl çəkməlidir. Digər tərəfdən, hesab edirəm ki Azərbaycan kimi Pakistanın tərəfdaşı olan digər ölkələr bu prosesə ciddi təsir göstərməlidir. Beynəlxalq təşkilatlar və xüsusilə Azərbaycan bu məsələdə ciddi töhfə verə bilər. Hazırda Hindistan tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirir. Eyni zamanda, Hindistana dəstək göstərən ölkələr bu addımlardan çəkinməli, rəsmi Dehli isə ölkəmizə qarşı əsassız ittihamları dayandırılmalıdır”.
O, eyni zamanda, təmsil etdiyi hökumətin Azərbaycanın bu məsələdəki mövqeyini yüksək qiymətləndirdiyini açıqlayıb:
“Biz mövcud münaqişənin həllinə və sülhə nail olmağa dəstək verəcək istənilən beynəlxalq təşəbbüsü alqışlayırıq. Bura həm Azərbaycan, həm Türkiyə, həm də beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələr daxildir. Ötəngünkü hərbi gərginlik zamanı mülki əhali, yaşayış məntəqələrimiz atəşə məruz qaldı. Bu kimi addımlar heç bir şəkildə sülhə xidmət etmir və etməyəcək”.
Oxşar xəbərlər
Pakistan səfiri: Hindistan Azərbaycandan idxala qadağa qoyub, bu, çox yanlış qərardır
Səfir Qasim Mohiuddin: Hindistan müsəlmanlara qarşı qeyri-insani addımlar atır
Rubio Hindistan və Pakistan XİN rəhbərləri ilə əlaqə saxlayacaq
Lavrov: Hindistan və Braziliya BMT TŞ-yə daxil ola bilər
Kreml Hindistan və Pakistan arasında münasibətlərin pisləşməsindən narahatdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
