Belarus Baş naziri Azərbaycana gəlib - VİDEO - YENİLƏNİB
Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 5-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
APA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Belarusun Baş naziri Aleksandr Turçini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
09:14
Belarus Respublikasının Baş naziri Aleksandr Turçinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə yola düşüb.
APA xəbər verir ki, bu barədə Belarus hökuməti məlumat yayıb.
Belarus Baş naziri Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, ikitərəfli münasibətlər müzakirə olunacaq.
Eyni zamanda, o, Azərbaycanın Baş naziri Əli Əsədovla məhdud və geniş tərkibli görüşlər keçirəcək.
Səfər çərçivəsində bir sıra müqavilələrin imzalanması gözlənilir.
Bundan başqa Belarus Baş naziri azad olunmuş ərazilərə səfər edərək orada bir sıra obyektlərə baş çəkəcək.
Səfər çərçivəsində Biznes Forum da keçiriləcək.
Oxşar xəbərlər
Belarusun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrakli Kobaxidze Azərbaycana səfərə gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Belarus Baş naziri Azərbaycana gəlir - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana dövlət səfərinə gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












