Ceyhun Bayramov Küveyt Vəliəhdini Cənubi Qafqazdakı vəziyyətlə bağlı məlumatlandırıb
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov Küveyt Vəliəhdini Cənubi Qafqazdakı vəziyyətlə bağlı məlumatlandırıb


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Küveytə səfəri çərçivəsində Vəliəhd Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabah ilə görüşüb.

XİN-dən Sizinxeber.az-ya verilən məlumata görə, görüşdə Azərbaycanda Küveyt Dövləti arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf istiqamətləri müzakirə olunub.

Danışıqlar zamanı müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə diqqət yetirilib.

Tərəflər xüsusilə iqtisadi inkişaf, ticarət, investisiyalar, enerji təhlükəsizliyi və turizm sahələrində mövcud əməkdaşlıq imkanlarından istifadənin zəruriliyini vurğulayıblar.

Müzakirələr zamanı, həmçinin, Birgə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının bu tərəfdaşlığın sonrakı inkişafındakı rolu qeyd edilib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vəliəhd Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahı Cənubi Qafqazda vəziyyət, eləcə də postkonflikt dövründə aparılan bərpa işləri və əsasən də Azərbaycanın sülhün bərqərar olunması istiqamətindəki səyləri barədə məlumatlandırıb.

Oxşar xəbərlər

Ceyhun Bayramov Moldovanın XİN-in dövlət katibini qəbul edib
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanı xarici işlər naziri Faisal bin Farhan Al Saud ilə görüşüb
Ceyhun Bayramov Şimali Makedoniya xarici işlər nazirini post-münaqişə dövrü barədə məlumatlandırıb
Ceyhun Bayramov Küveytə rəsmi səfər edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər