İsmayıl Abukar Osman: Azərbaycan gözəl insanları olan heyrətamiz ölkədir
sizinxeber.az xəbər saytı

İsmayıl Abukar Osman: Azərbaycan gözəl insanları olan heyrətamiz ölkədir


Somali Ekoloji İnkişaf Təşkilatının (SEDO) icraçı direktoru İsmayıl Abukar Osman Qlobal Cənub QHT Platformasının yaradılmasını müsbət qiymətləndirib.

Bu barədə o, “Report”a Bakıda keçirilən təsis konfransının ikinci günündə bildirib.

"Mən bu mühüm platformanın təsis edilməsində iştirak etmək üçün Azərbaycana gəlmişəm. Əminliklə deyə bilərəm ki, konfrans bu il iştirak etdiyim ən yaxşı təşəbbüslərdən biridir. Mən platformanın yaradılmasını alqışlayıram və səmimi qəbula görə Azərbaycana təşəkkürümü bildirirəm", - İ.Osman qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan zəngin mədəniyyəti və qonaqpərvər xalqı olan bir ölkə kimi güclü təəssürat yaradır.

"Bu, gözəl insanları olan heyrətamiz bir ölkədir. Mən Azərbaycanın Formula-1 yarışlarının təşkilində uğuru haqqında eşitmişdim və indi şəxsən insanların niyə buraya gəlmək istədiklərini başa düşdüm", - icraçı direktor əlavə edib.

Oxşar xəbərlər

Cibuti nümayəndəsi: Azərbaycan beynəlxalq qarşılıqlı əlaqələrin genişləndirilməsinə can atır
Bakıda Qlobal Cənub QHT Platforması təsis olunub
Melvin Vaciri: Azərbaycan vətəndaş cəmiyyətinin qlobal proseslərə cəlb edilməsi məsələsində nümunəvi ölkədir
Aygün Əliyeva: Qlobal Cənub QHT Platforması Azərbaycan üçün növbəti yenilikdir
Bu gün Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər